\
18 Aprel 2024 - Cümə axşamı

MSK sədri seçki məntəqələrində baş verən pozuntulardan danışdı

MSK sədri seçki məntəqələrində baş verən pozuntulardan danışdı
1563baxış

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məntəqələrdə baş verən pozuntulara növbəti dəfə münasibət bildirib.

"Report" xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında M.Pənahov bildirib ki, məntəqələrdə baş verən pozuntularla bağlı dairə seçki komissiyalarına müraciət etmək lazımdır:

"Şikayət verən bəzi namizədlər narahatdır. Amma onların narahatlığına heç bir əsas yoxdur. Məntəqələrdə baş verən pozuntularla bağlı isə məsələlərə DSK-larda baxılır”.