\
24 Aprel 2024 - Çərşənbə

Lökbatanda xəttə yeni avtobuslar buraxıldı (FOTO)

Lökbatanda xəttə yeni avtobuslar buraxıldı (FOTO)
1571baxış
Lökbatan qəsəbəsində yeni avtobuslar xəttə buraxılıb.
 
Qəsəbədə fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına verilib. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, "BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir.
 
 
 
Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusun gətirilərək xəttə buraxılması nəzərdə tutulub. 
 
Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
 
Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.