\
28 Mart 2024 - Cümə axşamı

Sərxoş sürücü YPX avtomobilini vurub bu hala saldı - İki polis yaralandı - FOTO

Sərxoş sürücü YPX avtomobilini vurub bu hala saldı - İki polis yaralandı - FOTO
1837baxış
Ötən gün Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gün axşam saatlarında Bakı-Quba yolunda qeydə alınıb.
 
İlkin məlumata görə, qəzaya səbəb qoşqulu yük maşınının yolun hərəkət istiqamətində dayanması olub.

Mediapress.az xəbər verir ki, hadisə ilə bağlı oxu.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qəzaya səbəb sərxoş sürücünün idarəetməni itirməsi olub: "Qəza dünən Bakı-Quba yolunun 92-ci kilometrliyində qeydə alınıb. Fotoda gördüyünüz qoşqulu yük maşını nasazlıq səbəbindən yolun hərəkət istiqamətində dayanıb. Yol Patrul Xidmətinin (YPX) avtomobili isə yük maşınının arxasında dayanıb mayakları yandırmaqla, digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməyə çalışıb. Ərazidən keçən 10 GX 464 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobilinin sürücüsü sərxoş vəziyyətdə olduğundan idarəetməni itirib və YPX avtomobilinə çırpılıb. Qəza nəticəsində YPX avtomobilində xidmət aparan 2 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb".