\
25 Aprel 2024 - Cümə axşamı

“Münhen görüşü Paşinyanın yaddaşından çıxmayacaq” - Ali Kan - VİDEO

“Münhen görüşü Paşinyanın yaddaşından çıxmayacaq” - Ali Kan - VİDEO
1908baxış

"Prezident İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanı və erməni lobbisini faktlar qarşısında darmadağın etdi"

Bu sözləri Türk dünyasının tanınmış jurnalisti Ali Kan Mediapress.az-a bildirib.

“Nikol Paşinyan baş nazir olduğu müddətdə Münhen görüşü onun yaddaşından çıxmayacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikol Paşinyana gerçək tarix haqqında dərs keçdi. Ermənistan cəmiyyəti də anladı ki, ona rəhbərlik edən şəxs savadsız dövlət xadimidir.. Nikol Paşinyan bir məsələni yaddan çıxarır ki, Azərbaycan Prezidenti dünya səviyyəsində tanınan təcrübəli dövlət xadimidir. Onun İlham Əliyevlə üz-üzə oturub tarixi həqiqətlər haqqında söhbət erməsi mümkün qeyri-mümkündür. Bundan sonra hər görüş onun biabir olması nəticələnəcək. Ermənisan Azərbaycanı nə diplomatiyada, nə də hərb meydanında qalib gələ bilməz”.