\
28 Mart 2024 - Cümə axşamı

19 yaşlı gəlin xaşdan zəhərləndi

19 yaşlı gəlin xaşdan zəhərləndi
1423baxış
Ağdaşda qadın xaş yeməyindən zəhərlənib.
 
Mediapress.az Trend.az-a istinadən məlumat verir ki, hadisə rayonun Yuxarı Ləki kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü, ailəli Səmədova Aygün Mehman qızı gecə saat 23 radələrində evlərində xaş yeməyi yeyib. Yeməkdən dərhal sonra A. Səmədovanın halı pisləşib və o Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada qadına zəhərlənmə diaqnozu qoyulub və o təcili Bakıya gətirilib.
 
 
Faktla bağlı araşdırma aparılır.