\
29 Mart 2024 - Cümə

Məzahir Pənahov seçki qutularından danışdı

Məzahir Pənahov seçki qutularından danışdı
1579baxış

“Seçki qutuları Azərbaycanda istehsal olunmur”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, seçki qutuları beynəlxalq standartlara uyğun şəkildə xaricdəki müəyyən şirkətlər tərəfindən istehsal olunur: “Beynəlxalq qurumların nümayəndələri də bilirlər ki, həmin seçki qutuları xaricdə istehsal olunur”.

M.Pənahov həmçinin bəzi deputatlığa namizədlərin MSK-ya ünvanladıqları şikayətlərə baxılmaması ilə bağlı səsləndirdikləri iddiaları da əsassız adlandırıb.