\
29 Mart 2020 - Bazar günü

“Aqrar sahənin rəqəmsallaşdırılması əsas prinsiplərimizdən biridir” - İnam Kərimov

“Aqrar sahənin rəqəmsallaşdırılması əsas prinsiplərimizdən biridir” - İnam Kərimov
1391baxış

"Azərbaycanda aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib”.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə icra etdiyi “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsinin açılış mərasimində deyib.

“Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində aqrar sahə davamlı şəkildə inkişaf etməkdədir. Aqrar sahənin rəqəmsallaşdırılması və fermerlər üçün müasir standartlara cavab verən keyfiyyətli xidmətlərin təşkili bizim əsas prinsiplərimizdən biridir. Bu xidmətlərin vahid pəncərə prinsipinə əsaslanaraq keyfiyyətli və əlçatan olması üçün tərəfimizdən zəruri addımlar atılıb.

Təbii ki, biz qarşıya qoyulan hədəflərə çatmaq üçün beynəlxalq təfərdaşlarımızın dəstəyinə və onlarla səmərəli əməkdaşlığın qurulmasına xüsusi önəm veririk. Aqraryönümlü elmi-tədqiqat institutlarının potensialının artırlmasında və bu qurumların informasiya və məsləhət xidmətləri şəbəkəsinə çevrilməsində beynəlxalq layihələrin əhəmiyyəti böyükdür.

Düşünürəm ki, bu gün açılış mərasiminə toplaşdığımız layihə aqrar məsləhət xidmətləri sahəsinin inkişafına təkan verəcək. Mövcud qurumların potensialının gücləndirilməsi, müasir çağırışlara daha dəqiq və çevik cavab verən məsləhət xidməti strategiyasının hazırlanması layihənin prioritet istiqaməti olmalıdır. Əminəm ki, sözügedən layihənin uğurlu icrası, dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək verəcək”, - deyə nazir qeyd edib.