\
20 Aprel 2024 - Şənbə

"Araz market"in vitrinində qiymət düzgün yazılmayıb - Bu dəfə marketin ziyanına, gələn dəfə də müştərinin.... - FOTOLAR

"Araz market"in vitrinində qiymət düzgün yazılmayıb - Bu dəfə marketin ziyanına, gələn dəfə də müştərinin.... - FOTOLAR
2691baxış

Dünən "Araz Market"də "Dirol" saqqızın üzərinə 40 qəpik yazıldığını görən müştəri üç ədəd saqqız götürüb. Amma sonra məlum olub ki, rəqəm səhvən 40 qəpik yazılıb.

"Araz market"dən alış-veriş edən zaman "Dirol" saqqızının 40 qəpik olduğunu görüb təəccübləndim. Həmin saqqızın hər yerdə qiyməti 50,55 və 60 qəpikdir. 40 qəpik olduğu üçün 3 ədəd götürüb kassaya yaxınlaşdım", - deyən Təbriz Yusubov kassada ödəniş edən zaman qəbzin üzərində 49 qəpik yazıldığını görüb.

"Ciddi sifətlə rəsmi danışığa başladım. Dərhal nəzarətçini çağırdılar, amma bir bəhanə edə bilmədilər. Vitrində olan qiyməti düzgün yazmadıqlarını bildirərək öz səhvlərini boyunlarına aldılar. Saqqızı isə 40 qəpikdən verdilər mənə. Haqqınızı tələb etməyi bacarın! Bu cür məsələlərə susmağınız bizim hüquqlarımızın pozulması ilə nəticələnir. Ona görə də haqqınızı tələb edin!" - deyən müştəri hər kəsə haqqını tələb etməyi uyğun bilib. 

"Şəkildə də göründüyü kimi, digər saqqızlar da aşağı qiymətə qoyulub. Bu, əlbəttə ki, böyük səhvdir. Öz ziyanlarına olsa da belə. Deməli, nə vaxtsa müştərinin ziyanına da səhv olma ehtimalı ola bilər", - deyə Mediapress.az-a açıqlama verən Təbriz Yusubov "Araz market"dən alış-veriş edən müştərilərə qiymətlərə baxarkən, ehtiyatlı olmağı məsləhət görüb. 

Xatırladaq ki, hadisə Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən "Araz Market"də baş verib. 

Mediapress.az