\
29 Mart 2024 - Cümə

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi (FOTO)

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi (FOTO)
1698baxış
Fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.
 
AZƏRTAC xəbər verir ki, ziyafətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.
 
 
Dövlət başçıları ziyafətdə çıxış ediblər.
 
Sonra Kuirinale Sarayında 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olunub.
 
Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.