\
8 Avqust 2020 - Şənbə

MTRŞ Manaf Ağayevin qadınlar haqda zorakılığa çağırışına münasibət bildirdi

MTRŞ Manaf Ağayevin qadınlar haqda zorakılığa çağırışına münasibət bildirdi
1304baxış

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində baş verənlərə münasibət bildirib.

Mediapress.az xəbər verir ki, MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov bildirib ki, adıçəkilən verilişdə baş verənlərlə bağlı Şura sədri Nuşirəvan Məhərrəmli telekanalının rəhbəri ilə müzakirə aparıb.

“Müzakirə zamanı Şura sədri verilişlərdə bu cür halların yolverilməzliyini telekanal rəhbərinin diqqətinə çatdırıb”, - deyə T. Dadaşov vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.APA