\
26 Aprel 2024 - Cümə

Şirin Mirzəyevin əmisi oğlu Rövşən Rzayevə müracət etdi (FOTOLAR)

Şirin Mirzəyevin əmisi oğlu Rövşən Rzayevə müracət etdi (FOTOLAR)
1946baxış

Şirin Mirzəyevin əmisi oğlu Rövşən Rzayevə müracət etdi (FOTOLAR)

 
 
Xocalı rayon sakini, Qarabağ qazisi, Milli Qəhrəman Şirin Mirzəyevin əmisi oğlu Mirzəyev Mirzə Məhərrəm oğlu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət edib və ondan kömək istəyib. 
 
Mirzə Mirzəyev Mediapress.az-a bildirib ki, qurum tərəfindən onlara verilən dörd otaqlı evi ayrı-ayrı versələr daha yaxşı olar, çünki iki övladıyla onlarla qonşu yaşayan qızı da ayrı yaşamaq istəyir:
 
"Özüm Qarabağ müharibəsində iştirak etmişəm. Aldığım güllə yaraları bu gün səhhətimdə ciddi problemlər yaradıb. Biz Şıx sanatoriyasında yaşayırıq. Burda 52 ailə yaşayırdı və 50 ailə köçürülüb və biz iki ailə, yəni mən və qızımın ailəsi burda qalmışıq. Bizim burda qalmamızın isə səbəbi var. Mən həyat yoldaşım Maniyə Mirzəyevə və oğlum Habil Mirzəyevlə bir evdə yaşayıram. Qızım Mirzəyeva Lətifə isə iki övladıyla həyat yoldaşından ayrıldığı üçün bizim sanatoriyada qonşu otaqda yaşayır. Yəni onların qazı da, işığı da ayrıdır. Hətta yardım veriləndə də onlara ayrı verilir. Bir sözlə, onlar ayrı təsərrüfatdır. Lakin Qaçqınkom tərəfindən bizə ümumi olaraq dörd otaqlı ev verilib. Qızım ayrı təsərrüfat olduğu üçün onlara və bizə ayrı-ayrılıqda iki otaqlı ev verilsəydi daha yaxşı olardı. Oğlum Habil otuz yaşını tamam edib, amma evimiz olmadığı üçün o, evlənə bilməyib. Biz evlərin ayrı-ayrı verilməsiylə bağlı quruma müraciət etsək də, hələ ki, məsələni həll edə bilməyiblər və yaşadığımız sanatoriyada isə şəraitsizlikdən əziyyət çəkirik”.
 
Lətifə Mirzəyeva əməkdaşımıza deyib ki, o, məsələylə bağlı R.Rzayevlə görüşüb və probleminin həll edilməsiylə bağlı göstəriş verib:
 
"On ildən çoxdur ki, iki övladımla həyat yoldaşımdan ayrılıb atamgilin yaşadığı sanatoriyada bir otaqlı evdə yaşayıram. Ailə tərkibim atamgildən ayrıdır. Özüm sosial yardım da alıram. Buna görə bizim ailəni birləşdirməli deyildilər. İki yeniyetmə övladım var, onların gələcəyi necə olacaq? Qobu-2 yaşayış kompleksində verilən evə bu səbəbdən köçməmişik. Bununla bağlı R.Rzayevin qəbulunda oldum, məsələni ona da dedim. Rövşən müəllim çox yaxşı insandı, o, işin üstünü yazıb göndərib tapşırıq verdi ki, problem həll edilsin. Lakin bu günə kimi məsələni həll etməyiblər və mən bir daha Rövşən müəllimə müraciət edərək ondan xahiş edirəm ki, problemimizi həll etsin”.