\
20 Aprel 2024 - Şənbə

İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: Evlər yıxıldı, heyvanlar tələf oldu

İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: Evlər yıxıldı, heyvanlar tələf oldu
1729baxış
İranın Xoy şəhərində baş vermiş 5.9 maqnitudalı zəlzələ Türkiyənin Van şəhərində dağıntılara yol açıb.  
 
"Haberler.com” xəbər verir ki, Vanın Başkale rayonunda kərpic evlər yıxılıb. 
 
Dağıntılar altında qalan insanlar qurtarılarkən xeyli sayda heyvan tələf olub. 
 
11:10
 
İranın Türkiyə ilə sərhəddə yerləşən Xoy şəhərində zəlzələ olub. 
 
Mediapress.az oxu.az-a istinad'n xəbər verir ki, yeraltı təkanlar 5.9 bal gücündə olub.  
 
İnsan tələfatının və dağıntılar haqqında mlumat verilmədiyi zəlzələ Türkiyə və Azərbaycanın yaxınlıqdakı şəhərlərində də hiss edilib. 
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, təkanlar Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.