\
25 Aprel 2024 - Cümə axşamı

Qatı tüstü Şəkidə avtomobillərin hərəkətinə mane olur

Qatı tüstü Şəkidə avtomobillərin hərəkətinə mane olur
1496baxış

Şəki-Qax avtomobil yolunun kənarlarında güclü yanğın başlayıb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki rayonunun Aşağı Göynük və İnçə kəndləri yaxınlığında, kol-kos ərazilərdə baş verib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Yanğın nəticəsində havanı qatı tüstü bürüyüb və bu da avtomobillərin hərəkətində çətinlik yaradır.