\
26 Aprel 2024 - Cümə

Paris məscidinin sözçüsü: "Xocalı soyqırımı insanlığa qarşı qəddarlıqdır"

Paris məscidinin sözçüsü: "Xocalı soyqırımı insanlığa qarşı qəddarlıqdır"
1503baxış

"Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikdir".

Bunu "Mediapress.az"ın yerli bürosuna Parisin Böyük Məscininin (Grande mosquée de Paris) sözçüsü Məhəmməd Tualbia bildirib.

O bildirib ki, Xocalıda baş verən soyqırımı insanlığa qarşı qəddarlıqdır: "Xocalı soyqırımı şahidlərinə qulaq asmaq çox təsirli və çox ağırdır. Halbuki insanlıq hamımızın ümumi dəyərimiz olmaldır".

M.Tualbia Xocalı soyqırımı ilə bağlı Fransa ictimaiyyətinin maarifləndirilməsinin vacib olduğunu vurğulayıb: "Mən Paris Böyük Məscidi adından Azərbaycan xalqına öz dəstəyimizi bildirirəm. Biz insanları bu fəlakətlə bağlı maarifləndirməliyik. İstər assosiasiyalar vasitəsilə, istərsə də digər yollarla Xocalıda baş verənlərlə bağlı ictimaiyyəti məlumatlandırmalıyıq. Xocalıda baş verən dəhşətlər haqqında insanlar mütləq xəbərdar olmalıdırlar. Məlumatlandırma ədalətin bərpası naminə ən vacib məsələdir".