\
20 Aprel 2024 - Şənbə

İraqda koronavirusa ilk yoluxma halı aşkarlanıb

İraqda koronavirusa ilk yoluxma halı aşkarlanıb
1513baxış

İraqda yeni koronavirusa ilk yoluxma halı aşkarlanıb.

Mediapress.az” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Qeyd olunub ki, Nəcəf şəhərində iranlı tələbədə koronavirus aşkarlanıb.

Bildirilib ki, İran vətəndaşı koronavirusa yoluxması ilə əlaqədar karantinə alınıb və hazırda müalicə aparılır.

Xatırladaq ki, bundan əvvəl İraq hökuməti ilk koronavirusa yoluxma halının aşkarlandığı Küveytlə sərhəddəki Səfvan buraxılış məntəqəsini bağladıqlarını bildirmişdi.