\
24 Aprel 2024 - Çərşənbə

Günəmuzd işləyən qadınlara işlə təmin edilmələri üçün köməklik göstərilib - Maştağada - FOTOLAR

Günəmuzd işləyən qadınlara işlə təmin edilmələri üçün köməklik göstərilib - Maştağada - FOTOLAR
1792baxış

Bakının Maştağa qəsəbəsindəki ərazidə gündəlik qazanc müqabilində işçi xidmətləri təklif edən qadınların hər biri ilə daimi işlərlə təmin edilmələrinə köməklik üçün söhbət aparılıb.

Mediapress.az-ın məlumatına görə, bu barədə məlumatı ƏƏSMN-nin sözçüsü Fazil Talıbov verib:

"Onlara istər ödənişli ictimai işlər proqramı əsasında, istərsə müxtəlif müəssisələrdə vakant iş yerlərində göndəriş əsasında işləmək təklif olundu. O da bildirildi ki, çalışacaqları iş yerlərində əmək haqları, digər ailə gəlirləri ailə ehtiyaclarına yetərli olmayacağı təqdirdə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət də edə bilərlər.
Müxtəlif KİV-lərə müsahibələrində daimi iş tapmaqda çətinlik çəkdikləri üçün məcbur qalıb günəmuzd işlərə getdiklərini, bu işlərlə çox az qazanc əldə etdiklərini, hətta bəzi günlər heç bir gəlirləri olmadığını bildirsələr də, xanımlar bizə yalnız aylıq 600-1000 manat maaş müqabilində işləyə biləcəkləri şərtini ifadə etdilər.
Hazırda onların münasib işlərlə təmin edilmələri, bir qisminin yaşadıqları ərazi üzrə özünüməşğulluq proqramına cəlb olunmaları üçün işlər davam etdirilir".