\
26 Aprel 2024 - Cümə

Bakıda işıqlar söndü, metroda hərəkət dayandırıldı

Bakıda işıqlar söndü, metroda hərəkət dayandırıldı
1720baxış

Bu gün Bakıda elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem Bakı Metropoliteni QSC-nin fəaliyyətində çətinliklər yaradıb.

Bu barədə Mediapress.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirilib.

Bununla belə, onun sözlərinə görə, hazırda metro xəttinin bütün sahələrində gərginlik bərpa olunub, yalnız “Xalqlar dostluğu”, "Əhmədli" və “Həzi Aslanov” stansiyalarında elektrik enerjisinin dayanıqlılığı olmadığından hərəkət dayandırılıb.

"Hazırda tünellərdə qalan qatar yoxdur. Bütün qatarlar stansiyaya çatdırılıb", - deyə o, qeyd edib.