\
26 Aprel 2024 - Cümə

Amerika: Türkiyə ilə çiyin-çiyinə dayanmışıq

Amerika: Türkiyə ilə çiyin-çiyinə dayanmışıq
1573baxış

Amerikanın Xarici İşlər Nazirliyi Əsəd rejiminin İdlibdə Türkiyə ordusuna havadan hücumu ilə bağlı mövqeyində bildirib ki, Amerika NATO-da öz müttəfiqlərini himayə edir.

“Biz NATO-ya üzv olan öz müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinə dayanmışıq. Biz Əsəd rejimindən, Rusiyadan və İranın himayəsində olanlardan istəyirik ki, belə bir namərdcəsinə hücumlara tezliklə son qoysunlar”, - deyə qurum əlavə edib.

Mediapress.az xəbər verir ki, həmin bəyanatda eləcə də bildirilib ki, Amerika bölgədəki vəziyyətdən xəbərdardır və bu xəbərləri dəqiqləşdirmək üçün Türkiyənin lazımi qurumları ilə təmasdadır.

Xatırladaq ki, dünən gecə saatlarında Əsəd rejimi İdlibdə atəşkəsin qorunması üçün fəaliyyət göstərən türk ordusuna hava hücumları edib və nəticədə 29 nəfəri şəhid olub.