\
25 Aprel 2024 - Cümə axşamı

"Bundan sonra Bəşər Əsədin bütün hərbi heyətini “düşmən hədəfləri” hesab edəcəyik" - Ömər Çelik

"Bundan sonra Bəşər Əsədin bütün hərbi heyətini “düşmən hədəfləri” hesab edəcəyik" - Ömər Çelik
1554baxış

Türkiyə İdlibdəki hava hücumundan sonra Suriya hökumətinin qoşunlarını Türkiyə hərbi qüvvələrinə düşmən hədəfi kimi daxil edəcək.

Mediapress.az Türkiyənin “Sabah” nəşrinə istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik çıxış edib.

Onun sözlərinə görə, Türkiyə tərəfi bundan sonra Suriya Prezidenti Bəşər Əsədin bütün hərbi heyətini “düşmən hədəfləri” hesab edir.

Xatırladaq ki, Suriyanın İdlib şəhərində türk əsgərlərinə endirilən hava zərbələri nəticəsində 33 türk əsgəri şəhid olub.