\
26 Aprel 2024 - Cümə

Türk ordusu İdlib əyalətində Suriya hökumət qüvvələrinin karvanını məhv edib

Türk ordusu İdlib əyalətində Suriya hökumət qüvvələrinin karvanını məhv edib
1594baxış

Türk ordusu İdlib əyalətində Suriya hökumət qüvvələrinin karvanını məhv edib.

Mediapress.az Türkiyənin “Deyli Sabah” qəzetinə istinadən xəbər verir ki, Türkiyə qüvvələri M-5 beynəlxalq magistral yolunda irəliləyən Suriya ordusunun döyüşçülərini atəşə tutub.

Məlumata görə, hücum İdlibin şərqinə endirilib.

Xatırladaq ki, Suriyanın İdlib şəhərində türk əsgərlərinə endirilən hava zərbələri nəticəsində 33 türk əsgəri şəhid olub.