\
1 Aprel 2020 - Çərşənbə

Türkiyədə koronavirusla bağlı son statistika - Fəxrəddin Kocanın Tvitter hesabından...

Türkiyədə koronavirusla bağlı son statistika - Fəxrəddin Kocanın Tvitter hesabından...
1297baxış

Anadolu Xəbər Agentliyinin məlumatına əsasən, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca 22.03.2020-ci il tarixində Tvitter hesabında bildirib ki, ölkədə bu günədək 9 nəfər koronavirusdan ölüb,  289 nəfər isə yoluxub. 
Fəxrəddin Qoca sözlərinə görə, yüzlərlə insanlar test yoxlamasından keçirilib. Hər hansı şəxsin virusa yoluxduğu müəyyənləşirsə, koronanın yayılmasının qarşısı dərhal alınır. 

Qeyd edək ki, indiyə kimi toplam 20 min 345 nəfər koronavurus üzrə yoxlanılıb, onlardan 1236 nəfərində virus təyin edilib. 30 yaşlı korona xəstəsi isə ölüb. 
Türkiyənin Səhiyyə naziri həmçinin vurğulayıb ki, “ölkəmizdə bu virus müəyyən olunmazdan əvvəl ehtiyat tədbirləri görülmüşdü. Bu virusa tutulan və ölənlərin sayını əhaliyə gündəlik elan edirik. Xalqımızdan da istəyirik ki, lazım olan tövsiyələrə riayət etsinlər”.
O, əlavə edib: “çox ehtiyatlı olmalıyıq. Ölkəmiz bu təhlükəyə təslim olmayacaq”.