\
19 Sentyabr 2020 - Şənbə

Daha bir qurum Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Daha bir qurum Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
1333baxış

Azərbaycan Avtomobil Yolları Dövllət Agentliyinin (AAYDA) “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC koronavirusa (COVID-19) qarşı mübarizəyə dəstək kampaniyasına qoşulub.

Bu barədə KİV-ə AAYDA-dan bildirilib.

Məlumata görə, AAYDA-nın “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə edib.

“Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə edib”,-deyə məlumatda qeyd edilib.