\
18 Sentyabr 2020 - Cümə

Azərbaycanda 4 yaşlı uşaq avtomobildə yanaraq öldü - VİDEO

Azərbaycanda 4 yaşlı uşaq avtomobildə yanaraq öldü - VİDEO
1482baxış

Ucar rayonunda bədbəxt hadisə baş verib. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Təzə Şilyan kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.