\
7 Aprel 2020 - Çərşənbə axşamı

Səhiyyə naziri: "Ölkədə heç bir qıtlıq müşahidə olunmur"

Səhiyyə naziri: "Ölkədə heç bir qıtlıq müşahidə olunmur"
1315baxış

"Hər kəs artıq xəstəlik və onun mənbəyi haqqında məlumatlıdır. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiya halını almamışdan qabaq epidemiyanın alovlanmasının qarşısı vaxtında alındı".

"Mediapress.az" xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də "Hədəf" verilişində çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu günə qədər koronavirusla bağlı 10 minə qədər laborator test edilib. Xaricdən gələnlər hamısı həkim nəzarətindədir.

O.Şirəliyev qeyd edib ki, başqa xəstəliklər ləğv edilməyib: "İnsanlar bütün hallarda həkimə müraciət edə bilərlər".

Onun sözlərinə görə, bu gün ölkədə heç bir qıtlıq müşahidə olunmur: "Azərbaycana nə lazımdırsa ölkəyə gətirilir. Bu da ciddi nəzarət altında həyata keçirilir".