\
19 Sentyabr 2020 - Şənbə

Türkiyədə PKK-ya məxsus sığınacaqlar məhv edilib

Türkiyədə PKK-ya məxsus sığınacaqlar məhv edilib
1341baxış
Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Siirt bölgəsində keçirdiyi növbəti antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına qarşı daha bir sarsıdıcı zərbə vurulub.
 
Mediapress.az Türkiyə mediasına istinadən xəbər verir ki, Siirt bölgəsinin Pervari rayonunun Doğanca kəndinin ərazisindəki terror təşkilatı PKK-nın fəaliyyətlərini dayandırmaq və təşkilat üzvlərini zərərsizləşdirmək məqsədi ilə Türkiyə Jandarma Qüvvələrinin bir qrupu "Şəhid jandarma mütəxəssis çavuş Yasin Baran əməliyyatı" adlı növbəti əməliyyatı təşkil etdi.
 
Qeyd edək ki, əməliyyatda terrorçulara məxsus beş sığınacaq məhv edilib. Sığınacaqlarda külli miqdarda partlayıcı, silah və sursat, terrorçuluqda istifadə olunan sənədlər və digər ləvazimatlar aşkar olunub.