\
7 Aprel 2020 - Çərşənbə axşamı

Britaniya şahzadəsi karantinə alındı

Britaniya şahzadəsi karantinə alındı
1280baxış

Bu haqda məlumatı Britaniyanın “BBC” nəşri yayıb.

Çox keçmədən Klaurens Hausun mətbuat katibi faktı təsdiqləyib.
Mətbuat katibi əlavə edib ki, 71 yaşında olan Uels şahzadəsi yüngül simptomlar nümayiş etdirir, lakin sağlamlığında ciddi bir problem müşahidə olunmur.
Mediapress.az “Qardian” nəşrinin iddialarına əsasən xəbər verir ki, hökumətin məsləhətlərinə əsasən şahzadə Şotlandiyadakı evində karantindədir.
Məlumata görə, testlər Aberdeenşirdəki NHS Səhiyyə və Sosial Baxım Tərəfdaşlığı tərəfindən aparılıb.
Şahzadə Çarlz Kraliça Elizabeti son dəfə martın 12-də görüb. Bukinqham Sarayından verilən məlumata görə, Kraliçanın sağlamlığı qaydasındadır.