\
7 Aprel 2020 - Çərşənbə axşamı

Dövlət Kukla Teatrı da ölkə başçısının xeyirxah təşəbbüsünə qoşuldu

Dövlət Kukla Teatrı da ölkə başçısının xeyirxah təşəbbüsünə qoşuldu
1360baxış

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bəşəriyyətin bəlasına çevrilən COVİD 19- koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə nəcib tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.


Teatrın mətbuat xidmətindən Mediapress.az-a verilən məlumata görə, teatr rəhbərliyi kollektiv adından müəyyən miqdarda vəsaiti tam könüllü olaraq ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
İnanırıq ki, xalqımız dünyanı ağuşuna alan bu bəladan da qurtulacaq və özünün həmrəyliyi ilə bir çox ölkələrə nümunə olacaq.