\
19 Sentyabr 2020 - Şənbə

İçərişəhər ərazisində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir

İçərişəhər ərazisində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir
1415baxış

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "İçərişəhər" DTMQ ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və qurumlarda, muzeylərdə, bütövlükdə acıq ərazidə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

25 mart tarixində Bakı Şəhər İcra hakimiyyətinin paytaxtımızda son günlər ərzində aparılan genişmiqyaslı dezinfeksiya tədbirləri çərçivəsində və xüsusi dəstəyi ilə İdarənin müvafiq qurumları ilə birgə İçərişəhərdə anoloji tədbirlərə başlanılıb. Qoruğun bütün küçə, məhəllə və daxili yolları dezinfeksiya maşınları, habelə kommunal texnika vasitəsilə xüsusi məhlulla yuyulur.

Xatırladaq ki, mart və aprel aylarında bu kimi dezinfeksiya işləri daimi həyata keçiriləcəkdir.

Mediapress.az