\
20 Aprel 2024 - Şənbə

Dünyada 18 min nəfər koronavirus qurbanı oldu - ÜST

Dünyada 18 min nəfər koronavirus qurbanı oldu - ÜST
1583baxış
Dünyada koronavirusa yoluxanların sayı 400 min nəfəri ötüb.
 
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
 
Təşkilatın məlumatına görə, koronavirus qurbanlarının sayı 18 min nəfərdən çoxdur. Qeyd edilir ki, dünyada yeni virusa yoluxanların sayı 414 179 nəfərdir. Yoluxma hallarının əksəriyyəti (220 min) Avropanın payına düşür.
 
Həmçinin dünyada virusdan 18 440 ölüm hadisəsinin baş verib. Bu göstəricilərin demək olar 12 mini Avropada qeydə alınıb.
 
COVID-19 infeksiyasına ən az yoluxma Afrikadadır – 1 664 hal. Bu qitədə 29 nəfər koronavirusun qurbanı olub.