\
25 Aprel 2024 - Cümə axşamı

Sərnişinlər avtobuslardakı dezinfeksiya dispenserlərini qırırlar - FOTO

Sərnişinlər avtobuslardakı dezinfeksiya dispenserlərini qırırlar - FOTO
1712baxış

Sərnişinlər marşrut avtobuslarında əlləri dezinfeksiya etməsi üçün qoyulan dispenserləri qırırlar.  

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Facebook səhifəsində yazıb. 

"Son bir neçə gündə 50-yə yaxın belə hal baş verib. “BakuBus”da belə halla gündəlik rastlaşırıq. Həmin dispenserlərin içindəki məhlulu dağıdıb yerə tökdükləri hallar da olur. Son dayanacaqda avtobusları təmizləməli oluruq. Bir neçə gün ərzində 50 avtobusda belə hal olub”.

Mediapress.az