\
28 Mart 2024 - Cümə axşamı

Türkiyədə daha 16 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə daha 16 nəfər koronavirusdan dünyasını dəyişib
1612baxış

Bu haqda məlumatı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca öz rəsmi Tvitter hesabında yayıb.
Məlumata görə, ölkədə koronavirusdan həyatını itirənlərin ümumi sayı 75-ə çatıb.
Cümə axşamı günü virusa yoluxmaqda şübhəli bilinən 7,286 şəxs yoxlanılıb və onlardan 1,196 nəfərin test cavabları müsbət çıxıb.
Bunnunla da Türkiyə ərazisində koronavirusa yoluxanların ümumi sayı , 3,629-a yüksəlib.
Nazir xəstələrin və onların əlaqə dairələrinin təcrid olunduğunu açıqlayıb.
"Mən sizi koronavirusa qarşı tədbir görməyə israrla dəvət edirəm" – deyə nazir izləyiciləribə səslənib.

Mediapress.az