\
19 Aprel 2024 - Cümə

Bakıda yol təsərrüfatına ziyan vurulub

Bakıda yol təsərrüfatına ziyan vurulub
1597baxış

Bakının Qələbə meydanındakı müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.

“Report” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu avtomobil tunelində idarəetmədən çıxaraq yol ayrıcına çırpılıb. Nəticədə yol ayrıcında quraşdırılmnış yol nişanı, elektron tablo və divar üzlükləri sıradan çıxıb.

Hazırda Agentliyin əməkdaşları qəzanın nəticələrini aradan qaldırır. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.