\
29 Mart 2024 - Cümə

PSJ-nin qapıçısı ölkəsinə getmək üçün 200 min dollar xərclədi

PSJ-nin qapıçısı ölkəsinə getmək üçün 200 min dollar xərclədi
1601baxış

Fransanın PSJ klubunun futbolçusu Keylor Navas koronavirus pandemiyasına görə ölkəni tərk edib.

"Mediapress.az" yerli mətbuata istinadən xəbər verir ki, kosta-rikalı qapıçı vətəninə icarəyə götürdüyü xüsusi təyyarə ilə yollanıb.

34 yaşlı qolkiper bunun üçün 200 000 ABŞ dolları xərcləyib.

Qeyd edək ki, daha əvvəl PSJ-nin braziliyalı futbolçuları Neymar və Tiaqo Silva klubdan icazə alaraq, ölkələrinə qayıdıblar.