\
28 Mart 2024 - Cümə axşamı

Xalq artistinin qardaşı fəciəvi şəkildə həlak oldu

Xalq artistinin qardaşı fəciəvi şəkildə həlak oldu
1554baxış
Xalq artisti Canəli Əkbərovun qardaşı Fərail Əkbərovun faciəvi şəkildə həlak olmasının bəzi detalları müəyyənləşib.
 
Hadisə martın 30-da, Rusiya vaxtı ilə saat 04.20 radələrində Sankt Peterburqun Krasnaya Qvardiya rayonunda baş verib. 
 
Qəza zamanı "Mercedes E" və "Chevrolet Aveo" markalı avtomobillər toqquşub. İlkin versiyaya görə, hadisəyə səbəb "Mercedes"in 42 yaşlı sürücüsünün içkili olması olub. Nəticədə "Chevrolet Aveo"nun sürücüsü, 58 yaşlı Fərail Əkbərov həlak olub.
 
Faktla bağlı araşdırma aparılır.