\
28 May 2020 - Cümə axşamı

"İndi birlik və həmrəyliyin ən çox ehtiyac duyulduğu vaxtdır" - Hüseyin Altınalan

"İndi birlik və həmrəyliyin ən çox ehtiyac duyulduğu vaxtdır" - Hüseyin Altınalan
1286baxış

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan: "Türkiyə dövləti və milləti olaraq əl-ələ verərək bu epidemiyanın təsirlərini və zərərlərini minimuma endirmək üçün birlikdə fədakarcasına, nümunəvi şəkildə səy göstərilməkdədir. Bu çətin dövr birlik və həmrəyliyin ən çox ehtiyac duyulduğu bir dövrdür. Ölkə və vətən sevgisinin əsl göstəricisi bu dövrdə nümayiş olunan davranışlardır. Müharibədə canını verməkdən çəkinməyən millətimiz belə çətin bir vəziyyətdə malını verməkdən də çəkinmir". 

Türkiyə səfirliyindən Mediapress.az-a verilən məlumata görə, kampaniyanın ilk iki günü bu addımlar atılıb:

İstanbul, Ankara və İzmirdə taksilərin fəaliyyəti məhdudlaşdırılıb. 39 yaşayış məntəqəsində karantin rejimi tətbiq olunmağa başlayıb. 569,549 min ailənin ehtiyac müraciəti yerinə yetirilib. Səyahət icazəsi müraciətləri elektron hökumət vasitəsilə edilir. Fəaliyyətini azaldan/dayandıran bütün müəssisələrin qısamüddətli müavinət almaq üçün müraciət edə biləcəyi bildirilib. Həbsxana əməkdaşları göstərilən müddətin sonunda evlərinə göndərilməyəcək, təcrid olunmuş yerlərdə qalacaqlar. Hər hansı zərərə uğramış, şikayəti olan vətəndaşlar üçün hüquqi prosedurlar tam olaraq dayandırılmayacaq.

Həmçinin dövlət bankları ailə üzvlerinin ümumi aylıq gəliri 5000 TL və ya daha az olan müştəriləri üçün yeni kredit tətbiqinə başlayıb. Kredit kartları üçün minimum ödəniş məbləği 20 faizə endirilib. İstanbulda sərnişin daşınması ilə məşğul olan gəmi və bərə səfərləri dayandırılıb. Milli həmrəylik kampaniyası prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 aylıq maaşını ianə etməsiylə başlayıb. Fərdi müraciətlər üçün son tarix 13 martdan 30 aprelə qədər dayandırılıb. Apteklərin iş günləri və şənbə günləri saat 10.00-18.00 arası açıq olmasına qərar verilib.

TBMM-də ziyarətçilərə qoyulan qadağa aprelin 30-dək uzadılıb.

2020-ci ildə ildə dövlət qulluğunda çalışan açıq və ya köçürmə üsulu ilə təyinatı olacaq əlavə kadrların sayı müəyyənləşdirilib, 62 dövlət qurumları və onlara bağlı quruluşlara 6219 təyinat səlahiyyəti verilib.

Ankarada taksi və servis vasitələri üçün pulsuz dezinfeksiya stansiyası qurulub.

Ümrədən qayıtdıqdan sonra karantinə alınan vətəndaşların təxliyəsinə başlanılıb.

Yerli süni tənəffüs aparatının sınaq görüntüləri ictimaiyyətə təqdim edilib.

Suriyanın şimalındakı əməliyyat bölgələrində hərbi birliklər üçün əməliyyat bölgələrinə giriş-çıxışla bağlı əlavə tədbirlər görülüb.

Türkiyə Respublikası Mərkəzi Bankı koronavirusun iqtisadi və maliyyə təsirlərinə qarşı pul köçürmə mexanizminin gücləndirilməsinə, mal və xidmət ixracatçısı firmaların dəstəklənməsi istiqamətində əlavə tədbirlər görüb".