\
20 Aprel 2024 - Şənbə

“Lufthansa” 60%-dən çox əməkdaşı üçün qısamüddətli iş icazəsi alacaq

“Lufthansa” 60%-dən çox əməkdaşı üçün qısamüddətli iş icazəsi alacaq
1517baxış

Almaniyanın “Lufthansa” aviaşirkəti koronavirus (COVİD-19) səbəbi ilə uçuşların ləğv edilməsindən sonra mart və aprel aylarında şirkətin dünya miqyasında bəzi işçilərinə qısamüddətli iş icazəsi almaq üçün müraciət edib.

Mediapress.az” xarici mətbuata istinadən xəbər verir ki, qısamüddətli iş icazəsi ümumilikdə 87 min işçini əhatə edəcək.

Qeyd edək ki, “Swiss International”, “Austrian Airlines” və “Brussels Airlines”in də sahibi olan “Lufthansa”nın ümumilikdə 138 min işçisi var. Uçuşlar ləğv olunduqdan sonra “Lufthansa”ın 760 təyyarəsindən təxminən 700-nün uçuşu dayandırılıb.

“Koronavirus epidemiyası uzun müddət davam etsə, hava nəqliyyatı sektoru dövlət yardımı olmadan yaşaya bilməyəcək”, - deyə şirkətin baş direktoru Karsten Spohr bildirib.