\
26 Aprel 2024 - Cümə

"Uimbldon-2020" tennis turniri təxirə salındı

"Uimbldon-2020" tennis turniri təxirə salındı
1717baxış

Tennis üzrə Böyük Dəbilqə seriyalı "Uimbldon-2020" turniri bu il baş tutmayacaq.

"Mediapress.az"ın məlumatına görə, bu barədə yarışın təşkilatçıları xəbər yayıblar.

Bildirilib ki, turnir koronavirus pandemiyasına görə təxirə salınıb.

"Uimbldon-2020"nin 2021-ci il 28 iyun - 11 iyul tarixlərində keçiriləcəyi qeyd olunub.

Xatırladaq ki, yarış bu il iyunun 29-dan iyulun 12-dək İngiltərənin paytaxtı Londonda təşkil olunmalı idi.