\
24 Aprel 2024 - Çərşənbə

"Əminəm ki, biz bu bəladan həmrəy olaraq tezliklə qurtulacağıq" - Kənan Qubadzadə

"Əminəm ki, biz bu bəladan həmrəy olaraq tezliklə qurtulacağıq" - Kənan Qubadzadə
1784baxış

Bu gün bütün dünya pandemiya kimi qəbul olunan koronavirusdan əziyyət çəkir".

Bunu  Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə bildirib.

Kənan Qubadzadə qeyd edib ki, təəssüf ki, bu xəstəlik bizə də yayılıb: "Ölkə rəhbərliyi tərəfindən bu virusla mübarizə üçün ilk olaraq yanvarın 24-də Operativ Qərərgah və Koronavirusa Dəstək Fondu yaradıldı. Koronavirusun ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün cənab prezident tərəfindən 1 milyard manat vəsait ayrıldı. İnsanlarımızın sağlamlığının qorunması cənab prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva üçün hər zaman vacib məsələlərdən biri olub. Məhz buna görə cənab prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir illik əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladılar. Bundan əlavə bilirsiniz ki, cənab prezidentin

"Pandemiyadan zərər çəkmiş sahələrdə əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı"na uyğun olaraq 304 min muzdlu işçinin əmək haqları dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti 100 KVt/saat artırılaraq limiti 300 kVt/saatdan 400 kVt/saata çatdırılır. Bütün bu qərarlar dövlət başcısı cənab İlham Əliyevin xalqımıza göstərdiyi qayğının gıtəricisidir.
Biz gənclər də çalışırıq ki, çətin günlərdə ölkə başçısının uğurlu siyasətinə dəstək olaq. Könüllü olaraq koronavirusun nə qədər təhlükəli ola biləcəyi ilə bağlı insanlarımız arasında maarifləndirmə işləri aparaq. Dövlət tərəfindən koronavirusla mübarizədə aktiv olan könüllü gənclərimizə ayda 250 manat maaş veriləcək. Əlbəttə bu qərar gənclərə və zəhmətimizə verilən böyük dəyərin göstəricisidir. Biz gənclər ordusu olar daim cənab prezidentin yanındayıq. Onun uğurlu siyasətini dəstəkləyirik. İnanıram ki, cənab prezidenti uzaqgörən və zamanında verdiyi qərarlar sayəsində koronavirus bəlasından tezliklə qurtulacağıq. Bu məsələdə insanlarımızın üzərinə böyük məsuliyyət düşür. Bütün vətəndaşlarımıza Operativ Qərərgahın qərarlarına etməklərini və şəxsi gigiyena qaydaları riayət etməklərini məsləhət görürəm. İnsanlarımız tək özləri üçün deyil, yaxınları və bütün cəmiyyətimiz üçün evdə qalsınlar. Əminəm ki, biz bu bəladan həmrəy olaraq tezliklə qurtulacağıq".