\
23 Aprel 2024 - Çərşənbə axşamı

Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərdi! - Kobud səhv! - VİDEO

Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərdi! - Kobud səhv! - VİDEO
10600baxış

Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərib.

Belə ki, son günlər bir çox Türkiyə mətbuatında həmyerlimiz rejissor Kənan Musayevin çəkdiyi videogörüntüdən yayımlanır. Hansı ki, Prezident Rəcəb Tayyib Ərdoğan Qranadada oxunan azanı dinləyir və bu görüntü Sabah, Axşam, Hürriyet, Ulduz, TRT Haber, T24, atv, show tv və "Starhaber"də yayımlanır . 

Əslində isə videogörüntü Balakənə aiddir. Rejissor K.Musayev Balakənin mərkəzində yerləşən minarənin videosunu çəkir və üzərinə iranlı musiqici Mehdi Yarrahinin ifa etdiyi azan səsini əlavə edir .

Yəni bu video koronavirus ortaya çıxmazdan əvvəl paylaşılıb.

Xatırladaq ki, 19 noyabr 2019-cu ildə "AZAN (BELOKAN, AZƏRBAYCAN) by Mehdi Yarrahi" başlığı ilə YoTube-a yerləşdirilib. 

Videoda görünən məscid isə Balakə rayonunun  Cumə məscididir. Videodakı məscidi Cümə məscidi ilə müqayisə etdikdə minarənin rəngini, təfərrüatlarını və məscidin damındakı yerin uyğun olduğu açıq-aydın görünür. 

Təssüflər olsun ki, Türkiyə mətbuatı bu görüntüləri İspaniyanın Qranada şəhərinə aid olduğunu iddia edir. Sosial mediada bu hadisə “Azan 500 il ərzində ilk dəfə İspaniyanın Qranada şəhərində“ başlığı altında izləyicilərər təqdim olunmaqdadır. Və hay-küyə səbəb olub. 

Qeyd edək ki, hal-hazırda İspaniyada fəaliyyət göstərən məscidlər var və azan 2003-cü ildə Qranadadakı böyük məsciddə oxunub.

Xatırladaq ki, "Azan səsi ilk dəfə Qranadadan 500 il sonra eşidildi" iddiası 2017-ci ildə gündəmə gəlib.  Alhambra Sarayında azanın səsini eşidəndə bir turistin reaksiyası yayılıb.

Nəticədə videonun Qranadada yeni koronavirus səbəbi ilə azanın 500 il sonra oxunduğunu göstərdiyi iddiası reallığı əks etdirmir. Video köhnədir və şəkillər Azərbaycanın Balakən şəhərindəndir. Bununla bağlı videonun müəllifi Kənan Musayevlə telefon bağlantısı da olub. Rejissorun sözlərinə görə, bu videola bağlı çox məyus olub .

Əslində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan izlədiyi videoda səs Mehdi Yərrahinindir . Sadəcə Türk mediyası səhvən həmin səsi Kənan Musayevin görüntüsünün üzərinə vuraraq paylaşım ediblər . Və beləliklə, həm görüntü İspaniyada deyil, həmyerlimizin çəkdiyi videorolikdir və məkan Balakənə məxsusdur. (Baku TV)

Mediapress.az

 

 

 

Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərdi