\
25 Aprel 2024 - Cümə axşamı

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı
1769baxış

Türkiyədə son bir gündə 2 456 koronavirusa yoluxma faktı qeydə alınıb.

"Mediapress.az" xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 18 135 nəfərə çatıb, ölənlərin sayı isə 79 nəfər artaraq 356 nəfərə yüksəlib.

Xatırladaqki, koronavirusinfeksiyası ötənilindekabrında ÇininUhan şəhərində yayılmağabaşlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 986 200-ü ötüb. Bunların 206 372 nəfəri sağalıb, 50 382 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.