\
20 Aprel 2024 - Şənbə

AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət edib

AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət edib
1639baxış

Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində çalışan sağlamlıq vəziyyətinə şübhə olan işçilər barədə sahibkarlara müraciət edib.

AQTA-dan "Mediapress.az"a bildirilib ki, əgər hansısa işçinin səhhətinə görə narahatlığı olsa, bununla bağlı dərhal tədbir görülməlidir. 

Həmin işçilər digər işçilərlə təması kəsilməli, dərhal evə göndərilməlidir: "Xəstəlikdən azad olanadək evdə qalmalı, belə şəxslərdən xəstəliyini təsdiqləyən xəstəlik vərəqəsi tələb edilməməli və xəstə ailə üzvünə qulluq etmək üçün işçilərə evdə qalmağa imkan yaradılmalıdır".