\
11 May 2024 - Şənbə

Fransa bayrağı Heydər Əliyev Mərkəzinin binası üzərində - FOTO

Fransa bayrağı Heydər Əliyev Mərkəzinin binası üzərində - FOTO
1955baxış

Bu gün Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub.

"Mediapress.az" xəbər verir ki, “COVID-19” pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.

Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. 

 

 

Bununla Heydər Əliyev Mərkəzi “COVID-19”un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.