\
8 May 2024 - Çərşənbə

Türkiyədə koronavirusdan ölənlərin sayı 500-ü ötüb

Türkiyədə koronavirusdan ölənlərin sayı 500-ü ötüb
1666baxış

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter hesabında ölkədə son sutka ərzində koronavirusa yoluxanların sayının 20 921-dən 23 934-ə, ölənlərin ümumi sayının 425-dən 501-ə yüksəlməsi haqda məlumat paylaşıb.  

“Bu gün 19 644 test edilib, 3 013 yeni yoluxma halı qeydə alınıb, ümumilikdə 23 934 nəfər yoluxub. Biz bu gün 76 pasiyentimizi itirdik, ümumi 501 nəfər vəfat edib. Bu gün 302 nəfər sağalıb, ümumilikdə 786 pasiyent”, - Qoca Tvitterdə yazıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 1 milyondan çox yoluxma, 60 mindən çox ölüm halı qeydə alınıb.