\
29 Mart 2024 - Cümə

ABŞ-da koronavirus qurbanlarının sayı 8,5 min nəfəri ötdü

ABŞ-da koronavirus qurbanlarının sayı 8,5 min nəfəri ötdü
1673baxış

ABŞ-da koronavirusa yoluxanların sayı 312 min nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, ölkədə COVID-19 pandemiyası qurbanlarının sayı 8 503 nəfər təşkil edir. Birləşmiş Ştatlarda koronavurisa yoluxmuş 15 min insan sağalıb. 

Son məlumatlara görə, dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.