\
4 Iyun 2020 - Cümə axşamı

Türkiyə vətəndaşlarına pulsuz maska paylayacaq

Türkiyə vətəndaşlarına pulsuz maska paylayacaq
1341baxış

Türkiyə Səhiyyə Nazirliyi, eləcə də Nəqliyyat və İnfrastruktur Nazirliyinin qəbul etdiyi qərara əsasən, bundan sonra 20-65 yaş arası ölkə vətəndaşlarına hər həftə 1 paket (5 ədəd) pulsuz maska veriləcək.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, vətəndaşlar pulsuz maska üçün ən qısa müddətdə elektron hökumət sisteminə (ePttAVM.com) müraciət edə bilərlər.

“Xahiş edirəm, sağlamlığımız üçün məcburi olaraq getdiyimiz yerlərdə və ictimai nəqliyyatda maskalardan istifadə edək”, – İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlu sosial media səhifəsində bildirib.