\
4 Iyun 2020 - Cümə axşamı

Koronavirusa yoluxan tanınmış həkim vida məktubu yazıb İNTİHAR ETDİ - Foto

Koronavirusa yoluxan tanınmış həkim vida məktubu yazıb İNTİHAR ETDİ - Foto
1377baxış

Fransanın “Reims” futbol klubunun həkimi, tanınmış tibb mütəxəssisi Bernard Qonzales intihar edib.

Buna səbəb onun koronavirus testinin müsbət nəticə verməsidir. Evində həyat yoldaşı ilə birlikdə karantin altında olan həkim intihardan əvvəl məktub yazıb. O koronavirusa yoluxduğu üçün intihar etdiyini bildirib. “Reims” klubunun rəhbərliyi həkimin intihar etməsindən böyük üzüntü duyduğunu bildirib.

Reyms şəhər bələdiyyəsinin açıqlamasına görə, böyük əməkləri olan Qonzalesin intihar etməsi onlarda şok effekti yaradıb.