\
4 Iyun 2020 - Cümə axşamı

"ASAN Xidmət": Şayiə xarakterli halları yaradan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək

"ASAN Xidmət": Şayiə xarakterli halları yaradan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək
1462baxış

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sosial şəbəkələrdə işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsinə dair icaze.e-gov.az portalı vasitəsi ilə qeydiyyatın aparılması barədə yayılan məlumatlara münasibət bildirib.

Dövlət Agentliyindən Mediapress.az-a verilən məlumaat görə, sosial şəbəkələrdə işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsinə dair icaze.e-gov.az portalı vasitəsi ilə qeydiyyatın aparılması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

"Müvafiq qeydiyyat prosesi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada www.e-sosial.az portalı vasitəsi ilə həyata keçirilir.

icaze.e-gov.az portalı yalnız müvafiq dövlət və özəl təşkilatlarının əməkdaşlarının xidməti zərurətlə əlaqədar hərkətlərinin təmin edilməsi məqsədi ilə onlar üçün icazənin alınmasını təmin edir.

Bir daha bildiririk ki, həqiqətə uyğun olmayan və şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir və bu cür halları yaradan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir", - deyə məlumatda bildirilib.