\
4 Iyun 2020 - Cümə axşamı

İngiltərə Futbol Assosiasiyasının prezidenti: "Mövsüm ləğv oluna bilər"

İngiltərə Futbol Assosiasiyasının prezidenti: "Mövsüm ləğv oluna bilər"
1371baxış

Futbol dünyası təxmin edə bilməyəcəyimz maliyyə böhranının içərisindədir".

"Mediapress.az"ın Britaniya mətbuatına istinadən məlumatına görə, bu fikirləri İngiltərə Futbol Assosiasiyasının prezidenti Qreq Klark koronavirus pandemiyasına görə dayandırılan Premyer Liqanın bərpası ilə bağlı danışarkən deyib.

Eyni zamanda FİFA-nın vitse-prezidenti olan futbol funksioneri klubları və liqaları itirmək təhlükəsi ilə üz-üzə olduqlarını bildirib. O, mövsümün ləğv oluna biləcəyini də istisna etməyib: "Cari mövsümü bərpa etməyə də bilərik. Çünki bizim üçün önəmli olan futbol yox, insanların həyatıdır".

Qeyd edək ki, İngiltərədə liqalar martın 13-də dayandırılıb.