\
28 Mart 2024 - Cümə axşamı

Karantin postunu dağıdıan şəxsi Milli Məclisdəki vəzifəsindən azad etdilər

Karantin postunu dağıdıan şəxsi Milli Məclisdəki vəzifəsindən azad etdilər
1327baxış

Karantin qurğularını qıran “tikinti kralı”nın oğlu Milli Məclisdə işləyirmiş

Dünən Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçan şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb.

BakuPost-a daxil olan məlumata görə, hadisəni törədən Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb. Hadisə ictimailəşəndən sonra Aparat rəhbəri onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb.