\
19 Aprel 2024 - Cümə

Jurnalist koronavirusa yoluxub EKSKLÜZİV - Azərbaycanda

Jurnalist koronavirusa yoluxub EKSKLÜZİV - Azərbaycanda
1312baxış

Azərbaycanlı jurnalist Xaliq Rəşidoğlu Kovid-19 virusuna tutulduğundan hazırda Tibbi Terapevt Mərkəzində karantinə alınıb.

Bu barədə jurnalisti özü Mediapress.az-a danışdı.

“Heç bilmirəm necə oldu. Birdən-birə qızdırmam qalxdı və mən yatağa düşdüm. Nə danışa bildim, nə də başımı qaldırmağa heyim qalmadı. Hər şey bir neçə günün içində baş verdi. Qızdırmamı salmaq mümkün olmadı. Əvvəlcə “Semaşko”da müalicə olundum. Ümidvaram, hər şey yaxşı olacaq”, - deyən Xaliq Rəşidoğlu ailəsindən nigaran qaldığını da əlavə etdi:

“Tək nigarançılığım ailəmdəndir”...

Xatırladaq ki, Xaliq Rəşidoölu "İnterposta.info" saytının baş redaktorudur. 

Günel Ayxan